![Petrosyan Paşinyana qarşı çıxmamaq qərarını alqışladı Petrosyan Paşinyana qarşı çıxmamaq qərarını alqışladı](https://azertimes.az/wp-content/uploads/petrosyan-pasinyana-qarsi-cixmamaq-qerarini-alqisladi-300x178.jpg)
![](https://azertimes.az/wp-content/uploads/petrosyan-pasinyana-qarsi-cixmamaq-qerarini-alqisladi.jpg)
Millətimizin başına gələn faciəyə görə Ermənistan hakimiyyətindən haqq-hesab tələb etmək hüququ qüvvədə qalsa da, son günlər müxalifətin ölkəmizin daxili siyasi vəziyyətini gərginləşdirməmək qərarını yüksək qiymətləndirirəm.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Qarabağdakı separatçı-terrorçu rejimin özünü buraxması haqda qeyd edib.
“Heç bir şey həm hakimiyyəti, həm də müxalifəti Qarabağ ermənilərinin Ermənistanda ləyaqətli həyatla təmin edilməsi milli məsələsindən yayındırmamalıdır”, – o bildirib.
Qeyd edək ki, 28 sentyabrda Qarabağdakı qondarma rejimin separatçı rəhbəri Samvel Şahramanyan terrorçu xuntanın buraxılması ilə bağlı “fərman” imzalayıb.