Petrosyan Paşinyana qarşı çıxmamaq qərarını alqışladı

Petrosyan Paşinyana qarşı çıxmamaq qərarını alqışladı

Millətimizin başına gələn faciəyə görə Ermənistan hakimiyyətindən haqq-hesab tələb etmək hüququ qüvvədə qalsa da, son günlər müxalifətin ölkəmizin daxili siyasi vəziyyətini gərginləşdirməmək qərarını yüksək qiymətləndirirəm.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Qarabağdakı separatçı-terrorçu rejimin özünü buraxması haqda qeyd edib.

“Heç bir şey həm hakimiyyəti, həm də müxalifəti Qarabağ ermənilərinin Ermənistanda ləyaqətli həyatla təmin edilməsi milli məsələsindən yayındırmamalıdır”, – o bildirib.

Qeyd edək ki, 28 sentyabrda Qarabağdakı qondarma rejimin separatçı rəhbəri Samvel Şahramanyan terrorçu xuntanın buraxılması ilə bağlı “fərman” imzalayıb.

Teqlər: