Petrosyan: Əgər Bakı ilə razılaşma imzalamasaq…

Petrosyan: Əgər Bakı ilə razılaşma imzalamasaq…

Ermənistanı çətin və ağrılı qərarlar gözləyir. Həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacağıq.

AzerTimes xəbər verir ki, bu fikri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyaya müsahibəsində deyib.

“Bu, hamı üçün xoşagəlməzdir, lakin elə an gələcək ki, alternativ olmayacaq”, – Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, əgər Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək.

Petrosyan həmçinin bildirib ki, eyni zamanda, kimin belə ağır qərarlar verməsindən asılı olmayaraq, onu satqın adlandıracaqlar.

Teqlər: