Peterburqdan 500-ə qədər miqrant qovuldu

Peterburqdan 500-ə qədər miqrant qovuldu

Məhkəmənin qərarı ilə qanunu pozan miqrantların Sankt-Peterburqdan çıxarılmasına başlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə RİA şəhər məhkəmələrinin birgə mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 2024-cü il martın 25-dən 29-dək Sankt-Peterburq şəhərinin rayon məhkəmələrinə İnzibati Xətalar Məcəlləsinin 18.8-ci (Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən ölkəyə giriş qaydalarını pozma) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlər üzrə 584 material daxil olub.

Məhkəmə qərarı ilə 418 qanun pozucusu ölkədən məcburi deportasiya olunmaqla cərimələnib və müvəqqəti saxlanma yerlərinə yerləşdirilib, 48 nəfərə isə cərimə ödəməklə, ölkəni tərk etmək tələbi qoyulub.

Qeyd edək ki, 22 martda Moskvadakı “Krokus Siti Holl”da baş verən teraktdan sonra miqrantlara nəzarət tədbirləri gücləndirilib.

Teqlər: