Peterbuqrda atışma: ölən var

Peterbuqrda atışma: ölən var

Rusiyanın Sankt-Peterburq şəhərində atışma baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə dünən axşam şəhərin Vitebsk prospektində yerləşən “Avropa” restoranında baş verib. 31 yaşlı Moskva sakini restoranda 26 yaşlı Peterburq sakini ilə mübahisə edib. Qəfildən Moskva sakini üzərindənki tapança ilə qarşısındakı şəxsə 5 dəfə atəş açıb.

Yaralını xəstəxanaya çatdırmaq mümkün olmayıb, elə yoldaca ölüb.

Şübhəlini tez bir zamanda tutmaq mümkün olub.

Teqlər: