Kremlin mətbuat katibi Dmitri Peskovun arvadı, fiqurlu konkisürən Tatyana Navka iyunun 6-da Luqanska nəzərdə tutulan turu ləğv edib.
AzerTimes xəbər verir ki, bu barədə Navka jurnalistlərə açıqlamasında bildirib.
“İndi uşaqların, komandamızın həyatını riskə atmağa haqqım yoxdur”, – o bildirib.
Navka qeyd edib ki, turun ləğvi barədə qərar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan sonra verilib.
Qeyd edək ki, Rusiya Prezidenti yanında Mədəniyyət Təşəbbüsləri Fondu Luqanskda Tatyana Navkanın buz şousu üçün 14,4 milyon rubl ayırıb.