Konfrans Liqası: Klublarımızın rəqibləri bəlli oldu

Konfrans Liqası: Klublarımızın rəqibləri bəlli oldu

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

AzerTimes xəbəır verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.

Bu raundda “Neftçi” “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Qəbələ” “Omoniya” (Kipr), “Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Bakı klubları ilk matçlarını səfərdə, əyalət təmsilçisi isə evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Teqlər: