Peskov Rusiyanın Ukraynada hərbi əməliyyatının məqsədini açıqladı

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Ukraynada hərbi əməliyyatının məqsədi Ukraynanın
demilitarizasiyası və denasifikasiyasıdır.

Trend-in
məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov deyib.

O bildirib ki, Ukraynadakı əməliyyatlara “işğal” adı vermək
doğru deyil, işğal barədə heç bir söhbət getmir.

“Rusiyanın hərbi əməliyyatının məqsədi Ukraynanın
demilitarizasiyası və denasifikasiyasıdır. Müddəti isə prezident
müəyyən edəcək”.