İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi Xocalı faciəsinin beynəlxalq tanınması üzrə unikal kampaniya keçirir (FOTO)

İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF-ARM)
Ermənistan Baş nazirini Xocalı faciəsini tanımağa dəvət edən
“Khojaly:RecognizeToReconcile” (Xocalını barışıq
üçün etiraf et) adlı beynəlxalq təşəbbüsə dəstəyi davam etdirir və
hamını bu təşəbbüsə qoşulmağa çağırır.

Təşəbbüsə dəstək vermək üçün birinci addım – sosial şəbəkələrdə
(FB, Tvitter) Ermənistan Baş nazirinin @NikolPashinyan və
ombudsmanın @atatoyan profilini tapmaq, ikinci addım – son
postlarının şərh yerinə iki söz #Khojaly
#RecognizeToReconcile
yazmaq və ya öz profilinizdə bu
həştəqləri yazmaq və Paşinyanla ombudsmanı təq etmək lazımdır.

Bu kampaniyanın əsas hədəfi müxtəlif ölkələrdən olan insanların
sosial şəbəkələrdə Ermənistan Baş nazirini köhnə Ermənistan
hakimiyyətinin cinayətlərindən olan Xocalı soyqırımını tanımağa
çağırmaq və bununla iki ölkə arasında sülhə töhfə verməyə dəvət
etməkdir.

Belə ki, 23 fevralda Avstriyanın paytaxtı Vyana şəhərində
keçirilən “Sülh və ədalət” beynəlxalq tədbirində
Macarıstanın “Soyqırım və Kütləvi Qırğınların Qarşısının Alınması
üzrə Budapeşt Beynəlxalq Mərkəzi” sədri Georgi Tatar və Bosniyanın
“Srebrennisa Memorial Mərkəzi”nin direktor müavini Amra Beqiç –
Ermənistanın Xocalı soyqırımında əli olmayan indiki hökumətinin
Xocalı soyqırımını tanımasını Ermənistanla Azərbaycan arasında sülh
üçün ən böyük töhfələrdən biri ola biləcəyini qeyd edib, tədbir
iştirakçıları olan beynəlxalq beyin mərkəzi nümayəndələri və
ekspertlər bu təşəbbüsü dəstəkləyiblər.


Bu kampaniyanın beynəlxalq vüsət alması və daha çox insana
çatması məqsədilə İƏGF-ARM elə həmin gün
#Khojaly#RecognizeToReconcile” təşəbbüsünə
beynəlxalq ictimai dəstəyə başlayıb.

Artıq yüzlərlə insan bu kampaniyaya qoşularaq Ermənistan
rəhbərliyini Xocalı faciəsini tanımağa çağırıb. İƏGF-ARM, hətta
Ermənistan bu faciəni tanımasa belə, təşəbbüsün əsil cinayətkar və
təcavüzkarın kimlər olduğunu bir daha beynəlxalq ictimaiyyətə
çatdırmağa xidmət edəcəyini, bu aksiyanın Xocalı faciəsinin 30
illiyi ilə bağlı “Xocalıya Ədalət!” beynəlxalq
informasiya kampaniyası daxilində növbəti addım olduğunu
bildirib.

Teqlər: