“Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev “Peşə təhsili haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu
imzalayıb.

Sənədə əsasən, “Peşə təhsili haqqında” Azərbaycan Respublikası
Qanununun 10.11-ci maddəsi aşağıdakı redaksiyada verilir:

“10.11. Dövlət peşə təhsil müəssisələrində təhsilalanlara
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi məbləğdə təqaüd verilir.”.

***

Dövlət başçısı, həmçinin, “Peşə təhsili haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2022-ci il 26 aprel tarixli 521-VIQD nömrəli
Qanununun tətbiqi və “Peşə təhsili haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında Fərman verib.

Fərmanla “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2022-ci il 26 aprel tarixli 521-VIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alınır:

1. Müəyyən edilsin ki:

1.1. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun
10.11-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti
həyata keçirir;

1.2. həmin Qanunun 10.11-ci maddəsində “orqan (qurum)” dedikdə
Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il
24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli
140 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, № 6, maddə 1230; 2019, № 5, maddə 841; 2020, № 7,
maddə 893, № 11, maddələr 1360, 1362; 2021, № 6 (I kitab), maddə
573) aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Qanunun 10.11-ci maddəsində “orqan (qurum)”
dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə
tutulur;”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Peşə təhsili
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli
521-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Teqlər: