Peşə məktəblərində müəllim olmaq istəyənlər üçün son tarix açıqlandı

Xəbər - Elçin Mehdiyev – Trend:

Peşə təhsili müəssisələrinə müəllim seçimi davam edir.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinin elektron müraciət mərhələsi 5 sentyabradək davam edəcək.

Namizədlər 5 sentyabr saat 23:59-dək “Müraciət forması”nı bölmələr üzrə tam doldurmalıdırlar. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.

Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq.

İşə qəbul müsabiqəsi 2 mərhələdən ( elektron müraciət və müsahibə mərhələləri) ibarətdir.

Twitter: @ElchinMehdiyev

Teqlər: