Peşə kursunu uğurla bitirən şəxslərə sertifikatlar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzində
təşkil edilən “Ofisiant” və “Tikiş avadanlıqlarının operatoru,
tikişçi” peşəsi üzrə hazırlıq kursları başa çatıb.

“İmperial” Restoranlar şəbəkəsi və “Saloğlu” Fərdi Firması ilə
əməkdaşlıq çərçivəsində həyata keçirilən kursu uğurla bitirmiş
müdavimlərə sertifikatlar təqdim edilib.

Kurs müddətində peşəkar mütəxəssislər tərəfindən müdavimlərə
nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki
bilik və bacarıqlar da tədris olunub. Sonda isə iştirakçılar
qiymətləndirmə prosesinə cəlb ediliblər.

Növbəti mərhələ olaraq hər iki hazırlıq kursunu uğurla başa
vuran 22 müdavimin adıçəkilən işəgötürənlər tərəfindən iş ilə təmin
olunması nəzərdə tutulub.

Teqlər: