Perunun paytaxtı və ölkənin doqquz bölgəsində karantin rejimi tətbiq ediləcək

Peru hakimiyyəti sərt karantin rejimini geri qaytarmağında dair qərar verib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin prezidenti Fransisko Saraqasti bildirib.

Peru prezidenti bildirib ki, buna əsasən, koronavirusun yayılmasının qarşısını almaq üçün ölkənin paytaxtında və doqquz bölgəsində vətəndaşların sərbəst hərəkətinə qadağa qoyulması nəzərdə tutulur:


“Karantin Limada, eləcə də Ankaş, Apurimak, Ica, Kalyao, Lima, Pasko, Uankavelika, Uanuko və Xunin bölgələrində tətbiq olunacaq”.