Perudakı güclü zəlzələ nəticəsində 10 nəfər xəsarət alıb

Ötən gün səhər saatlarında Peruda baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə Milli Mülki Müdafiə İnstitutuna istinadən “El Peruano” qəzeti məlumat yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində həmçinin 11 ev tamamilə dağılıb, 99 binaya isə zərər dəyib.


Perunun prezidenti Pedro Kastilyo özünün “Twitter” səhifəsində zəlzələdən daha çox zərər görən Halka-Qranda yaşayış məntəqsində getdiyini bildirib. Daha əvvəl şəhərciyin meri burada evlərin 70 faizinə zərər dəydiyini bildirmişdi.

Xatırladaq ki, ötən gün səhər saatlarında Perunun şimalında 7,5 bal gücündə zələzlə baş verib. Yeraltı təkanların episentri Barranka şəhərindən 45 kilometr şimal-qərbdə, ocağı isə 110 kilometr dərinlikdə yerləşib.