Fransada koronavirusun yeni ştammına 8 mümkün yoluxma halı aşkarlanıb

Fransada koronavirusun yeni “omikron” adı verilmiş ştammına 8 mümkün yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, hazırda yeni ştamm olduğu ehtimal edilən sözügedən 8 hal üzərində əlavə yoxlamalar aparılır.


Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına “omikron” adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.