Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 29-a yüksəlib

Perunun mərkəzində avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.

AzerTimes-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, GPS sisteminin qedylərinə əsasən, avtobus sürət həddini aşıb. Polis qəza yerinin yolun mürəkkəb hissəsində olması səbəbiylə xilasetmə əməliyyatının bütün gün davam edəcəyini bildirib.

Qəzaya səbəb kimi sürücünün sükan arxasında yuxuya getdiyi ehtimal olunur.

Teqlər: