Kamavinqa ispan “Real”ına keçdi

Futbolçu Eduardo Kamavinqa Fransanın “Renn” klubundan İspaniyanın “Real” komandasına transfer edilib.

Trend xəbər verir ki, bu barədə Madrid komandasının mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2027-ci ilin iyuluna qədər imzalanıb. Transfer məbləği 30 milyon avro təşkil edib.


Kamavinqa “Renn”də bütün turnirlərdə 88 matç keçirib, 2 qol vurub və 5 faydalı ötürmə verib. Fransa millisinin əsas heyətində isə 3 oyun keçirib və 1 qol vurub.

Teqlər: