Pentaqonda Çin üzrə işçi qrupu yaradılıb

ABŞ Müdafiə Nazirliyindən Çin üzrə işçi qrupu yaradılıb.

AzerTimes-ın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bunu Pentaqona səfəri zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.

C.Bayden bildirib: “Bizim Çin tərəfdən artan çağırışlara cavab verməyimiz lazımdır”.

Xatırladaq ki, daha əvvəl C.Bayden bildirmişdi ki, gərgin rəqabətə baxmayaraq ABŞ və Çin arasında münaqişə olmamalıdır.