Pentaqon təkzib etdi: Ermənistan olmayacaq!

Pentaqon təkzib etdi: Ermənistan olmayacaq!

Ermənistanın “Defender 23” hərbi təlimlər sırasına daxil edilməsi sadəcə olaraq Pentaqonun daxili mətbuat xidmətinin səhvi olub.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi “Amerikanın səsi”nin sorğusuna cavab olaraq bildirib.

Pentaqondan qeyd edilib ki, Ermənistan tərəfi “Defender 23” təlimində heç vaxt iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi.

Xatırladaq ki, Ermənistanın NATO təlimində iştirak edəcəyi barədə məlumat Rusiyanın kəskin narazılığına səbəb olub. Bundan sonra Ermənistan Müdafiə Nazirliyi “Müdafiəçi-2023” (Defender 2023) hərbi təlimində iştirakı edəcəyi barədə məlumatın doğru olmadığını açıqlayıb.

Buna baxmayaraq, Ermənistan MN 2023-cü ildə ABŞ ordusunun Avropadakı komandanlığı tərəfindən təşkil edilən iki təlimdə – KFOR və “Saber Junction” – iştirak etməyi planlaşdırdığını bildirib.

Teqlər: