Azərbaycan etdi, təşəkkürlər: növbə Rusiyanındır – Korotçenko

Azərbaycan etdi, təşəkkürlər: növbə Rusiyanındır – Korotçenko

Azərbaycan Rusiyanın etibarlı, addımları proqnozlaşdırıla bilən, sübut edilmiş tərəfdaşı və müttəfiqidir. Ermənistan isə ikiüzlü və fürsətçi ölkədir.

AzerTimes xəbər verir ki, bunu “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

“Azərbaycan xüsusi hərbi əməliyyat başlamazdan bir gün öncə Rusiya ilə müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzaladı, Qərbin sanksiyaları altında Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizinin fasiləsiz fəaliyyətini təmin etdi.

Ermənistan ABŞ və Avropa Birliyinin təsirinə düşdü, Putini BCC-nin sifarişi ilə (Baş nazir Nikol Paşinyan vasitəsilə) həbs etməyə hazır olduğunu bəyan etdi, KTMT ilə əməkdaşlıqdan imtina etdi və ABŞ-ın komandanlığı altında Avropa teatrında iki təlimdə iştirak etmək qərarına gəldi.

Eyni zamanda, Rusiya media məkanında onlarla erməni lobbiçisi hər gün eyni vaxtda Azərbaycan və Türkiyəyə qarşı həyasızlıq edir, qondarma “artsax”ın blokadaya alınması və çoxdan əziyyət çəkən “xalqın iztirabları”, separatçıların silahlı hücumları barədə yalan danışır, ört-basdır edir. Rus “qalaları”nın belə bir orgiyaya son qoymasının vaxtıdır”, – ekspert vurğulayıb.

Korotçenko Azərbaycana təşəkkürünü bildirib:

“Mən Azərbaycan rəhbərliyinə və xalqına nə olursa olsun, bu öhdəliklərə sadiq qaldıqları üçün təşəkkür etmək istəyirəm. Qarabağ Azərbaycandır! Əminəm ki, Rusiya da öz növbəsində bütün öhdəliklərini yerinə yetirəcək və dünyanın mənzərəsini təhrif edən “erməni eynəyi”ni onun üzünə taxmaq cəhdləri uğurlu olmayacaq”.

Teqlər: