Pentaqonun rəhbəri Lloyd Ostin və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
AzerTimes-ın məlumatına görə, bunu Pentaqonun mətbuat xidmətinin rəhbəri Con Kirbi deyib.
Onun sözlərinə görə, tərəflər telefon danışığı zamanı ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması fonunda Kabil şəhərinin hava limanında təhlükəsizliyin təmin edilməsini müzakirə ediblər:
“Ostin və Akar təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar, Həmid Karzai Beynəlxalq Hava Limanı ilə bağlı razılaşmalar üzrə qarşılıqlı əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər”.
Xatırladaq ki, iyunun 14-ü Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ-ın maliyyə dəstəyi ilə Əfqanıstanda hərbi kontingent saxlamağa hazır olduğunu bildirib.