Pentaqon Əfqanıstanda qoyduğu silahlardan Talibanın istifadə edə bilməsini mümkün saymır

Taliban Kabul hava limanında qalan Amerika hərbi texnikasından istifadə edə bilməyəcək, hərbçilər bunun qeydinə qalıblar.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

“Hava limanında qalan hərbi texnikanın istifadə edilməməsi üçün hər şeyi etdik. Bu uçan aparatlara və hərbi maşınlara da aiddir”, – Kirbi deyib.

O bildirib ki, Taliban bu texnikanı yoxlaya, öyrənə biləcək, amma istifadə etmələri mümkün olmayacaq.

Bununla birgə, mətbuatda yayılan məlumatlara əsasən, Taliban Əfqanıstan hökumət ordusuna ABŞ tərəfdən verilən on milyardlarla dəyərində silahları ələ keçirib.