Pentaqon çoxsəviyyəli müdafiə sistemi yaradır

Pentaqon çoxsəviyyəli müdafiə sistemi yaradır

Pentaqon hipersəs raketlərindən çoxsəviyyəli müdafiə sisteminin yaradılmasını əsas vəzifələrindən biri hesab edir.

AzerTimes xəbər verir ki, bunu Pentaqonun Raketdən Müdafiə Agentliyinin icraçı direktoru Laura Desimon deyib.

“Biz bəzi rəqiblərimizin bu yeni tipli raketləri – hipersəs raketlərini inkişaf etdirmək üçün sınaqdan keçirdiklərini gördük. Ona görə də raketlərdən mümkün qorunmanın əsas parametrlərini müəyyən edirik”, – L.Desimon bildirib.

Onun sözlərinə görə, hipersəs raketlərini tanımaq üçün sistemlər hazırlamaq və onları dəf etmək üçün çoxqatlı müdafiə vacibdir.

Teqlər: