Pensiyalar indeksləşdirilir – SƏRƏNCAM

Prezident İlham Əliyev Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin; istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2022-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Teqlər: