Pensiya müraciətləri niyə gec cavablandırılır? – Direktordan açıqlama

Xəbər - Humay Ağacanova – Trend:

Bəzən vətəndaşlar pensiyalara yenidən baxılması ilə bağlı müraciətlərin cavablandırılmasında yubanmalar olmasından şikayətlənirlər.

Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev “Sosial saat” verilişində bildirib.

O qeyd edib ki, hazırda ailə başçısını itirməyə görə pensiyaların yenidən hesablanması üçün 300 müraciətə baxılır.

“Müraciətlərə baxılmasında yubanmaya səbəb vaxtilə onlara pensiya təyin edilərkən pensiya işlərində müvafiq məlumlatların olmamasıdır. Vətəndaşlar müraciət etdiyi təqdirdə aiddiyyəti müvafiq sənədləri təqdim etməlidir”, -deyə o bildirib.

Teqlər: