Pənah Hüseyn Surət Hüseynovun ölümündən yazdı

Pənah Hüseyn Surət Hüseynovun ölümündən yazdı

Mənim Surət Hüseynovla münasibətim – istər şəxsi, istərsə də siyasi mənada – düşməncəsinə olub və elə də qalır.

AzerTimes xəbər verir ki, bunu sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sosial şəbəkə hesabında bildirib.

“Çox yaxın qohumumun vəfatı ilə bağlı kəndimizdə yas mərasimindəyəm. KİV-dən Surət Hüseynovla bağlı fasiləsiz müraciətlər gəlir. Telefonu söndürmək, ya səssizə qoymaq olar, mənim adətim deyil. Və bu statusu məcburiyyətdən yazıram.

Surət Hüseynov vəfat edib və heç dəfn də olunmayıb. Bizim ürf-adətimizdə dəfn olunmayan adam haqqında yaxşı bir şey demirsənsə, pis danışmaq uyğun sayılmır.

Mənim Surət Hüseynovla münasibətim istər şəxsi, istərsə də siyasi mənada düşmən münasibəti olub və elə də qalır. Bu gün bunu deməklə kifayətlənirəm”, – P.Hüseyn qeyd edib.

Teqlər: