Pelosinin gəlişindən həzz alanlar, bilirsiz nə olacaq? – Tevanyan

Pelosinin gəlişindən həzz alanlar, bilirsiz nə olacaq? – Tevanyan

Erməni xalqının özünü “proqressiv” sayan bir hissəsi yüksəkçinli xanımın (ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi nəzərdə tutulur – red.) Ermənistanı Ukrayna və Tayvanla bir sıraya qoymasının böyük həzzini yaşayır.

AzerTimes xəbər verir ki, bu sözləri “Ermənistan” blokunun deputatı Andranik Tevanyan sosial şəbəkə hesabında yazıb.

“Ermənistan dağıdılmış yarımdövlətdir. Ermənistanın rolu nədən ibarətdir? Erməni xalqının özünü “proqressiv” sayan bir hissəsi yüksəkçinli xanımın Ermənistanı Ukrayna və Tayvanla bir sıraya qoymasının böyük həzzini yaşayır. Ancaq bu həzzin arasında nəyin nə olduğunu və başımıza nə gələcəyini anlamaq lazımdır.

Ermənistanın Ukrayna və Tayvanla bir sıraya qoyulması bizim Rusiya, Çin və İranın gözünə tikan kimi batmağımız deməkdir.

Neynək, həzz almağa davam edin”, – o qeyd edib.

Xatırladaq ki, Nensi Pelosi İrəvanda səfərdədir.

Teqlər: