Pelosi Tayvan səfərini şərh etdi

Pelosi Tayvan səfərini şərh etdi

Çin Kommunist Partiyası Tayvanı və demokratiyanın özünü təhdid edərkən Vaşinqton kənarda dayana bilməz.

AzerTimes xəbər verir ki, bu sözləri Tayvanda səfərdə olan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.

Pelosi çərşənbə axşamı Pekinin etirazlarına baxmayaraq Tayvana gəlib. Bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin 1997-ci ildən bəri adaya ilk səfəridir.

“Çin Kommunist Partiyasının artan təcavüzü qarşısında bizim Konqresin nümayəndə heyətinin səfərini Amerikanın özünü və azadlığını müdafiə edən demokratik tərəfdaşımız Tayvanın yanında olduğunu birmənalı bəyanat kimi şərh etmək lazımdır”, – deyə Pelosi bildirib.

Teqlər: