“Qarabağ”ın potensial rəqibləri qarşılaşdı

“Qarabağ”ın potensial rəqibləri qarşılaşdı

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsi start götürüb.

AzerTimes xəbər verir ki, açılış matçında “Qarabağ”ın pley-offdakı potensial rəqibləri olan Moldova “Şerif”i və Çexiyanın “Viktoriya” (Plzen) komandası qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 36-cı dəqiqədə meydan sahibləri “Şerif” açıb. İbrahim Akanbi Raşid penaltidən fərqlənib. Cəmi 5 dəqiqə sonra qonaqlardan Tomaş Hori 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə, tarazlığı bərpa edib. 55-ci dəqiqədə isə Pavel Buça yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 9-da olacaq. Bu cütün qalibi pley-off mərhələsində “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə qarşılaşacaq. Ağdam klubu ilə Macarıstan çempionu arasında ilk matç avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Teqlər: