Pekinin yarısı koronavirusa yoluxdu

Pekinin yarısı koronavirusa yoluxdu

Təkcə dekabr ayında Pekin sakinlərinin təxminən yarısı COVİD-19-a yoluxub.

AzerTimes xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Məlumata görə, yoluxmanın ən pik həddi dekabrın 17-də olub. Bildirilib ki, artıq paytaxt əhalisinin 48.4 faizi dekabr ayında koronavirusa yoluxub.

Bundan başqa, Baodin, Şanxay, Şençjen və Quançjouda yoluxanların sayı sürətlə artıb.

Teqlər: