Pekinə Qış Olimpiya Oyunlarına gələn daha 6 nəfərdə koronavirus aşkar edilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına gələn nümayəndə heyətlərinin üzvlər arasında daha 6 nəfərdə koronavirusa yoluxma aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Olimpiya Oyunlarının Təşkilat Komitəsi bildirib.

Qeyd olunub ki, ötən gün Pekinə 529 nəfər, o cümlədən 153 idmançı gəlib. Keçirilən PSR testləri nəticəsində biri idmançı olmaqla altı nəfərdə virus aşkar edilib.


Ötən gün 72 nəfərdə yoluxma qeydə alınmışdı.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları Pekində fevralın 4-dən 20-dək keçiriləcək.

Teqlər: