Pekində güclü yağış: 52 min nəfər təxliyə olundu

Pekində güclü yağış: 52 min nəfər təxliyə olundu

Bir neçə gündür yağan güclü yağışlar səbəbindən Pekində təxliyə edilənlərin sayı 52 min nəfəri keçib.

AzerTimes yerli mətbuata istinadən xəbər verir ki, güclü yağışların azı sabah səhər saatlarınadək davam edəcəyi gözlənilir.

Məlumata görə, yerli vaxtla iyulun 29-u axşam saat 8-dən avqustun 31-i axşam saatlarınadək Pekinə orta hesabla 182 millimetr yağıntı düşüb.

4069 tikinti sahəsində işlərin dayandırıldığı, 107 dağ yolunun və şəhərin görməli yerlərinin bağlandığı bildirilir.

Teqlər: