Böyük Britaniya Milli Səhiyyə Xidmətinin Baş Dietoloqu Tamara Uilner qida qəbulunda məhdudiyyətlər tətbiq etmədən arıqlamağın yollarını açıqlayıb.
Trend xəbər verir ki, mütəxəssis kalori hesablamasının artıq çəki probleminin uzunmüddətli həlli kimi işləmədiyini izah edib. Onun sözlərinə görə, ciddi pəhriz aclıq və qıcıqlanmaya səbəb olur. Nəticədə, insan pəhrizdən imtina edərək yenidən çəki alır. Uilner qeyd edib ki, pəhrizlər maddələr mübadiləsinə mənfi təsir edir və bu da lazımsız yağların yığılmasına gətirib çıxarır.
Eskpert həmçinin vurğulayıb ki, pəhrizsiz formada qalmaq üçün texnoloji, texniki, termik təsirə məruz qalmamış qidalar və uzunmüddətli toxluq təmin edən zülal və sağlam yağlarla balanslaşdırılmış yeməklər qəbul etmək çox vacibdir.
Bundan əlavə, gündəlik həyatda stress səviyyəsini azaltmağı, kifayət qədər yatmağa çalışmağı və daha çox hərəkət etməyi məsləhət görüb.