ABŞ-da 206 dəniz piyadası peyvənddən imtina etdikləri üçün xidmətdən kənarlaşdırılıb

ABŞ Dəniz Piyadaları Korpusu koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən 206 hərbçini işdən çıxarıb.

Trend xəbər verir ki, bir həftə əvvəl bu rəqəm 169-a bərabər idi.

Prezident Co Baydenin dekabrın 27-də imzaladığı müdafiə büdcəsində peyvənddən imtinaya görə hüquq və imtiyazlardan məhrum edilməklə ordudan kənarlaşdırılmaya yol verilmədiyi təsbit olunub.

Ümumilikdə Dəniz Piyadaları Korpusunun hərbi qulluqçularının 95, ehtiyat qüvvələrdə isə 86%-i ən azı bir doza koronavirus peyvəndi qəbul edib. 3247 dəniz piyadası dini səbəblərə görə peyvənddən azad olunmasını istəyib, 3115 müraciət isə artıq rədd edilib. 1007 hərbçiyə, o cümlədən tibbi səbəblərə görə, peyvənd olunmamağa icazə verilib.