Paytaxtda yağan qarla bağlı güclü tıxac müşahidə olunmayıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakıda bu gün yağan qar ilə əlaqədar polis hərəkətin tənzimlənməsi üçün təlimatlandırılıb. Qarın yağması ilə əlaqədar olaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallar yaşanmasın deyə sürücülər və piyadalar ehtiyatlı olmalıdır.

Bunu Trend-ə Bakı Şəhər Baş Dövlət Yol Polisinin inspektoru, leytenant Rüstəm Əhmədli bildirib.

Onun sözlərinə görə, yağan qarla bağlı paytaxtda güclü tıxac müşahidə olunmayıb.

Onun sözlərinə görə, tıxacların qarşısının alınması üçün nəqliyyatın hərəkətinin sıx və intensiv olduğu yerlərdə naryad qruplarının sayı artırılıb:

“Sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına, mövsümü təkərlərdən istifadəyə, lazım gələrsə, təkərlər üçün zəncirdən istifadəyə fikir verməlidirlər. Sürətlə avtomobili idarə etməməli, yaxın vuran işıqlardan istifadə etməlidirlər. Hərəkətin intensiv olduğu küçələrdə avtomobillər yol kənarlarına park edilməməlidir”.

Teqlər: