Paytaxtda quraşdırılan sığınacaqlar haradadır? – ÜNVAN

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakının 5 ərazisində isinməyə ehtiyacı olan insanlar üçün çadırlar quraşdırılıb.

Bu barədə AzerTimes-a Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, çadırlar qarlı hava şəraiti olan günlərdə açıq olacaq:

“Çadırlar Nərminov rayonu – metronun çıxışı, Yasamal rayonu – İnşaaçılar metrosunun çıxışı, Binəqədi rayonu – Azadlıq metrosunun çıxışı, Sabunçu rayonu – Fətəliyev küçəsi, İmam Rza məscidinin yanında və Xəzər rayonu ərazisində quraşdırılıb”.


Bu işə Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri və icra hakimiyyətinin əməkdaşları nəzarət edir.

Teqlər: