Paytaxt restoranlarında iftar süfrəsi neçəyə başa gəlir?

Aprel ayının 2-dən etibarən 11 ayın sultanı müqəddəs Ramazan ayı
başlayıb.

Ramazan ayında Bakının bir çox kafe və restoranları müştərilərə
müxtəlif qiymətdə iftar menyuları təklif edir. Bununla əlaqədar
restoranlar oruc tutan vətəndaşlarımız üçün Ramazan menyuları
hazırlayıblar. Bu menyulara soyuq və isti yeməklər, desert,
müxtəlif içkilər daxil edilir.

Restoran və kafelərdə təklif olunan qiymət paketləri yeməklərə
və onların sayına görə dəyişir.

AzerTimes-ın əməkdaşı paytaxtın bir neçə kafe və restoranında olub,
qiymətlərlə maraqlanıb.

Restoranlarda həftənin hər günü üçün müxtəlif iftar menyusu
təqdim edilir. Misal üçün, üçüncü günün menyusuna mərci şorbası,
ətli lobya, toyuq salatı, meyvələr, meyvə şirəsi və xurma, çərşənbə
axşamı menyusuna isə toyuq şorbası, qovurma, çoban salatı,
meyvələr, meyvə şirəsi və xurma daxildir.

İfrar menyularında qiymətlər restoran və kafelərdən aslı olaraq
bir nəfər üçün 6,50 manatdan 80 manat arasında dəyişir. Paytaxtda
rast gəldiyimiz ən ucuz iftar süfrəsi 6,50 manata olan menyuya
mərci şorbası, dönər, kartof frisi, salat, ayran, xurma və su
daxildir. 80 manatlıq iftar süfrəsi isə sərbəst menyudur.
İstədiyiniz təamları menyudan limitsiz seçə bilərsiniz.

Teqlər: