Paytaxt rayonlarında “Bizim böyük Qələbəmiz” kitabının təqdimatı keçirilir (FOTO)

Xəbər - Samir Əli – Trend:

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai
Birliyi tərəfindən azyaşlı uşaqlar üçün Vətən müharibəsində
qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən “Bizim böyük
Qələbəmiz” adlı kitab hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən AzerTimes-a
verilən məlumata görə, yeni kitabın Bakı şəhərinin bütün
rayonlarında təqdimatının keçirilməsi ilə bağlı Bakı Şəhər İcra
Hakimiyyətinın tövsiyələrinə uyğun olaraq fevral ayının əvvəlidən
paytaxt rayonlarında təbdirlər təşkil olunur.

Bu həftə ərzində təqdimatlar Nəsimi, Nizami, Nərimanov və
Binəqədi rayonlarında Bakı Şəhər İcra Hakimiyyətinin, “Regional
İnkişaf” İctimai Birliyinin, rayon icra hakimiyyətlərinin məsul
əməkdaşlarının, rayonların təhsil ictimaiyyəti nümayəndələrinin,
şəhid ailələri üzvləri və qazilərin, həmçinin orta məktəb
şagirdlərinin iştirakı ilə keçirilib.

Tədbirlərdə çıxış edənlər bu kitabın ölkə başçısı, Ali Baş
Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində
qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk
nəşrlərdən biri olduğunu, onların ölkəmizin tarixini öyrənmələri,
Vətənə məhəbbət və vətənpərvərlik ruhunda böyümələrində əhəmiyyətli
rol oynayacağını bildiriblər.


Hər rayonda öz müxtəlifliyi ilə seçilən təqdimat mərasimlərində
kitab və uşaq rəsmlərindən ibarət sərgilər, musiqi nömrələri,
səhnəciklər, video görüntülər öz rəngarəngliyi ilə tədbirləri daha
da maraqlı edib.

Keçirilən mərasimlərin sonunda “Regional İnkişaf” İctimai
Birliyinin könüllüləri tərəfindən şagirdlərə “Bizim böyük
Qələbəmiz” kitabı paylanılıb.

Teqlər: