Paypal Rusiyadakı istifadəçilərdən hesablarından vəsaitlərini çıxarmağa çağırıb

ABŞ-ın elektron ödəniş sistemi Paypal, Rusiyada ödənişlərin
göndərilməsi və qəbulu xidmətlərinin dayandırılması səbəbindən
hesablardan qalıqların çıxarılmasını tələb etdiyini açıqlayıb.

Trend xəbər verir ki, müvafiq məlumat şirkətin saytında
yerləşdirilib.

“Son hadisələrlə əlaqədar Rusiyada ödənişlərin göndərilməsi və
qəbulu üzrə xidmətlərimizi dayandırmaq qərarına gəldik. Hazırda
vəsaitləri çıxarmaq funksiyası saxlanılıb. Mümkün əlavə xidmət
pozuntularını minimuma endirmək üçün sizdən 18 mart 2022-ci ilə
qədər balansı hesabınızdan çıxarmağınızı xahiş edirik”, – məlumatda
deyilir.

Bundan əvvəl, martın 5-də Paypal Rusiyada xidmətlərin
göstərilməsini dayandırmışdır.

Teqlər: