Bakıda gözəl Milli Gimnastika Arenası var – Portuqaliyalı qızıl medalçıları

Xəbər - Cani Babayeva – Trend:

Bakıda gözəl Milli Gimnastika Arenası var, biz burada çıxış
etməkdən həzz aldıq.

Bu barədə şənbə günü AzerTimes-a akrobatika gimnastikası üzrə 28-ci
Dünya Çempionatının iştirakçıları, qadın cütlüyünün tərkibində yer
alan portuqaliyalı idmançılar Rita Ferreyra və Ana Teyşeyra
bildiriblər.

Xatırladaq ki, onların Bakıda keçirilən dünya çempionatında iki
qızıl medalı var – kombinə edilmiş və balans hərəkətlərində.

“İki finalda yaxşı çıxış etdilər və nəticədən razı qaldılar. Biz
fəxr edirik ki, dünya çempionatının qızıl medallarını qazanmışıq,
mükafatları doğma ölkəmizə gətirəcəyik. Yarışa hazırlaşaraq,
məşqlərə çox zaman ayırdıq, ona görə də qızıl medallara layiq
olduğumuzu düşünürük”, – idmançılar bildirib.

Rita Ferreyra və Ana Teyşeyra Bakıda keçirilən çempionatın
yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

“Bakıda gimnastlar üçün gözəl şərait yaradılıb. Gimnastika
arenası bizdə böyük təəssürat yaratdı. Biz burada uğur
qazandığımıza görə şadıq”, – deyə portuqaliyalı idmançılar qeyd
ediblər.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

Teqlər: