“Patriot”lar Ukraynaya daha tez təhvil veriləcək

“Patriot”lar Ukraynaya daha tez təhvil veriləcək

“Patriot” raketdən müdafiə sistemləri planlaşdırılandan daha tez Ukraynaya təhvil veriləcək.

AzerTimes xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyinin rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ukraynalı əsgərlərdən ibarət 65 nəfərlik qrup yaxın günlərdə Oklahoma ştatının Fort Sill şəhərində bu sistemlər üzrə təlimlərini başa vuracaq.

Rəsmilərin sözlərinə görə, təlimlərin vaxtından 2 həftə əvvəl bitməsinin səbəbi ukraynalı hərbçilərin hava hücumundan müdafiə və döyüş zonası təcrübəsi ilə bağlı dərin bilikləri sürətlə mənimsəməsidir.

Teqlər: