Patriarx Kirilin “Aurus”u qəzaya düşdü

Patriarx Kirilin “Aurus”u qəzaya düşdü

Bütün Rusiyanın Patriarxı Kirilin idarə avtomobili Moskvada qəzaya düşüb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, bugün səhər yerli vaxtla saat 6:30 radələrində Patriarxın “Aurus” avtomobili Mira prospektində Botaniçeski zolağından çıxaraq “Volvo” markalı avtomobilə çırpılıb. Patriarxın maşında olub-olmadığı məlum deyil.

Qəza nəticəsində bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Teqlər: