Ermənistan Baş naziri Nikol Paşinyanla AB Şurasının Prezidenti Şarl Mişel arasında Beynəlxalq Frankofoniya Təşkilatının Tunisdə keçirilən 18-ci sammiti çərçivəsində görüş keçirilib.
AzerTimes xəbər verir ki, Paşinyan və Mişel Praqada İrəvanla Bakı arasında əldə olunan razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.
Tərəflər razılaşmaların həyata keçirilməsinin və regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş addımların atılmasının vacibliyini vurğulayıblar.