Leninqradda qaz kəmərində partlayış baş verdi

Leninqradda qaz kəmərində partlayış baş verdi

Rusiyanın Leninqrad vilayətinin Vsevoljsk şəhərində qaz kəmərində partlayış baş verib.

AzerTimes xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko bildirib.

“Yanğınsöndürənlər və xilasedicilər Bernqardovka və Kovalevo arasında qaz kəmərində baş vermiş partlayış nəticəsində başlayan yanğını söndürürlər”, – o deyib.

Onun sözlərinə görə, əhali üçün heç bir təhlükə və yanğının yaşayış məntəqələrinə keçməsi təhlükəsi yoxdur.

O əlavə edib ki, partlayışın səbəbləri müəyyənləşdirilir.

Teqlər: