Paşinyanın Rusiyaya ikigünlük səfəri başlayıb

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya ikigünlük
səfəri başlayıb.

Trend-in
Ermənistan KİV-lərinə istinadən məlumatına görə, N.Paşinyanın səfər
çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü
planlaşdırılır.

Bundan başqa, onun baş nazir Mixail Mişustin, Dövlət Dumasının
sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina
Matviyenko ilə görüşləri gözlənilir.

Qeyd olunur ki, N.Paşinyanı səfər zamanı baş nazirin müavini
Mger Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi
şəxslər müşayiət edir.

Teqlər: