Paşinyanın partiyası parlament seçkilərində liderlik edir – MSK

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası ölkədə keçirilən parlament seçkilərində 58,04 faiz səslə liderlik edir.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının təxminən 4 faiz məntəqənin səslərinin hesablamasından sonra bildirilib.


Məlumata əsasən, N.Paşinyanın partiyası 58,04 faiz, Robert Köçəryanın bloku 22,01 faiz səs toplayıb, üçüncü yerdə 5,66 faiz səsləsabiq prezident Serj Sarkiyanın bloku, dördüncü yerdə isə 5,11 faiz səslə biznesmen Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası qərarlaşıb.