Paşinyanın NATO xülyası: Rusiya seyr edəcək?

Paşinyanın NATO xülyası: Rusiya seyr edəcək?

Ermənilərin fikrindən çox şey keçə bilər. Amma onları reallaşdırmaq asan məsələ deyil. ABŞ Azərbaycan və Ermənistan arasında sülh yaratmaq prosesində vasitəçilikdən başqa heç nə təklif edə bilmir və ya etmək istəmir.

Bu sözləri AzerTimes-a açıqlamasında professor Qabil Hüseynli Ermənistanın NATO-nu bölgəyə gətirməsi və revanşist məqsədlərini Qərbin əli ilə reallaşdırmağı düşünməsi haqda danışarkən deyib.

O bildirib ki, Ermənistan bunun üçün KTMT-dən çıxmalı və Rusiya ilə bütün əlaqələri kəsməlidir:

“Hazırda Rusiyanın Ermənistan ərazisində 4 hərbi bazası var. Hətta sərhədləri rus tərəfindən qorunur. Ermənistanda müəssisələrin böyük əksəriyyəti Rusiyaya olan borc müqabilində sahibkarlara satılıb. Ona görə də, Rusiya ilə əlaqələri kəsməsi, Qərbə inteqrasiya xəttini götürməsi və NATO -ya daxil olmaq üçün ərizə verməsi real deyil. Əgər Ukrayna NATO-ya daxil ola bilmirsə, bunun bədəlini ağır ödəyirsə, bu, Ermənistan üçün daha pis nəticələrə səbəb ola bilər. Yəni Rusiya heç bir halda buna seyrçi qalmayacaq.

Ermənistan indiki mərhələdə Hindistandan müəyyən silah növlərini alırsa, Amerika ilə Fransaya yalvarmasına baxmayaraq, NATO silahlarını ala bilmirsə, bunun özü artıq çox şeyi deyir.

Bu gün Qərb ölkələrinin əsas səyi Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh müqaviləsinin imzalanaraq, bölgəyə sülhün gətirilməsindən ibarətdir. Əlbəttə, Qərb ölkələri bu kontekstdə Rusiyanı da bölgədən çıxarmağı planlaşdırır. Amma bunu həyata keçirmək real görünmür. Bir sözlə, Ermənistanın bölgəyə NATO-nu gətirmək xəyalları xəyal olaraq qalacaq və bu, reallaşmıyacaq”.

Teqlər: