Rus kəmərini kim partladır? – Türkiyəli ekspert

Rus kəmərini kim partladır? – Türkiyəli ekspert

“Şimal Axını” kəmərində son günlər baş verən sızma və partlayışlar bunu kimin törətməsindən asılı olmayaraq, böyük təbii fəlakət yaradır. Hazırda baş verən təxribatın hansı ölkə tərəfindən gerçəkləşdirilməsi barədə müxtəlif suallar ortaya çıxır.

Bu sözləri AzerTimes-a son 3 gündə sözügedən təbii qaz kəmərində baş verən təxribatlarla bağlı açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi Əli Fuad Gökçə deyib.

Alimin sözlərinə görə, baş verən sızma və partlayışlar ən çox ABŞ-ın işinə yarayır:

“Rusiyanı bu təxribatda günahlandırırlar. Amma Ukrayna müharibəsi uzun sürməyəcək. Rusiyanın müharibədən sonra da Avropaya qaz satışını davam etdirəcəyini nəzərə alsaq, “Moskva niyə təxribata əl atsın?” sualı ortaya çıxır. Ona görə də fikrimcə, təxribatın arxasında ABŞ-ın olma ehtimalı daha yüksəkdir. Vaşinqton Baltik və Avropa ölkələrinin Rusiya ilə enerji sahəsində əməkdaşlığının bitməsini istəyir. Çünki özünün Avropanın enerji təminatında söz sahibi olmaq hədəfi var”.

Teqlər: