Paşinyanın çıxışı zamanı Putinin üz mimikası – Foto-təhlil

Paşinyanın çıxışı zamanı Putinin üz mimikası – Foto-təhlil

Paşinyanın KTMT sammitində təşkilatın fəaliyyətsizliyi və dolayısı olaraq Rusiyanın müttəfiq öhdəliklərini yerinə yetirməməsi haqqında çıxışı zamanı Putinin üz mimikası təhlil edilib.

AzerTimes xəbər verir ki, bu barədə Elşən Məcidov qeyd edib. O bildirib ki, “Body language” (Bədən dili) analizi ilə Putinin simasında iki ifadəni xüsusi seçmək olar:

1) Ağızın aşağı doğru əyilməsi yüksək səviyyəli sıxıntının, narahatlığın, stressin göstəricisidir

2) Yanakı baxış digər tərəfin danışığından qane olmama, ona inanmamanın göstəricisidir.

Nəticə olaraq Putinin baxışında:

1. Məyusluq (dəfələrlə danışıq, qapalı və açıq izahlara rəğmən, Paşinyan öz bildiyi edir);

2. Narahatlıq (Qərb ilə qarşıdurma şəraitində KTMT-də ən zəif müttəfiqin kameralar qarşısında üzünə durması);

3. Həyəcan (yekun bəyannamənin qəbul edilməyəcəyinin ilkin elementləri);

4. Qəzəb (Nikol Paşinyanın etdiklərindən kəskin əsəbiləşməsi).

Teqlər: