Paşinyanın buna haqqı yoxdur – Toğrul İsmayıl

Paşinyanın buna haqqı yoxdur – Toğrul İsmayıl

Paşinyanın rus sülhməramlılarının mandatı ilə bağlı təktərəfli şəkildə nəyəsə imza atmaq haqqı yoxdur. Çünki rus sülhməramlıları Azərbaycan ərazisində yerləşdirilib.

Bu sözləri AzerTimes-a Paşinyanın 31 oktyabrda Soçidə keçiriləcək görüşdə Qarabağdakı rus sülhməramlılarının mandatının uzadılması ilə bağlı sənədi imzalamağa hazır olduğuna dair açıqlaması haqqında danışan Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Professor bildirib ki, bununla Paşinyan hələ söz haqqının və manevr imkanlarının tükənmədiyini göstərmək istəyir:

“Paşinyan bunu etməklə Qarabağda söz haqqının olduğunu göstərmək istəyir. Ancaq rus sülhməramlıları Azərbaycan dövlətinin razılığı ilə müvəqqəti olaraq ərazimizə yerləşdirilib. Qarabağ Azərbaycanın suveren ərazisidir və Rusiya da bunu belə qəbul edib. Fikrimcə, Azərbaycanın razılığı olmadan Rusiya da Ermənistanla mandatla bağlı separat müqavilə imzalaya bilməz. Çünki belə olduğu təqdirdə Azərbaycan rus sülhməramlılarının fəaliyyətinə birmənalı şəkildə xitam verilməsini və onların tamamilə ərazimizdən çıxarılmasını tələb edə bilər”.

Teqlər: